[b]“Belə oyunlar çempionata marağı artırır” – Roman Qriqorçuk[/b]
20.05.2016 - 20:29
[b]“Belə oyunlar çempionata marağı artırır” – Roman Qriqorçuk[/b]

“Oyunla bağlı fikirlərim müsbətdir. Yaxşı oyun izlədik. Qarşılaşma əsl futbol ab-havasında baş tutdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXXVI turunda səfərdə “Kəpəz”lə qarşılaşan əyalət klubu minimalhesablı qələbə qazanaraq, üçüncü pilləni təmin edərək bürünc medal qazanıb.

 

Ukraynalı çalışdırıcı qarşılaşmadan sonra fikirlərini klub saytına açıqlayıb: “Bu matçda hər iki komanda qalib gəlib, mükafatçılar sırasına düşmək istəyirdi. Belə oyunlar çempionata marağı artırır. İstədiyimiz nəticəni əldə etməyimiz yaxşı oldu. Bu üzdən də nəticədən razıyıq. Belə görüşlərdə sakit qalmaq, ehtiyat oyunçular skamyasında oturmaq olmur. Mən də bu həyəcanı ayaq üstə, komanda ilə birlikdə yaşamaq istəyirəm”.

0