[b]“Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən” – Samir Əliyev[/b]
23.10.2015 - 19:42
[b]“Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən” – Samir Əliyev[/b]

“Ardıcıl 5-ci oyundur ki, qələbə qazana bilmirik. AZAL ilə oyuna çox bərbad başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutan AZAL-la oyundan məğlub ayrılan “ağ-qaralar”ın çalışdırıcısı məğlubiyyəti bu cür şərh edib:

 

“İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışdıq, qol da vurduq. Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu. Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq. Bəlkə də həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdir. Əgər mən burada qalsam, layiq olmayan futbolçular göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidir ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən”. 

0