[b]“Buna təəccüblənmədim” – Roman Qriqorçuk[/b]
29.11.2017 - 17:42
[b]“Buna təəccüblənmədim” – Roman Qriqorçuk[/b]

“Növbəti mərhələyə keçmək, qalib gəlmək vacib idi. O da baş verdi, davam edirik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”la qarşılaşan “qırmızı-qaralar” 8:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıblar.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk bu fikirləri səsləndirib: “Futbolçular meydana çıxanda böyük fərqi hiss edirlər. Düşünürəm ki, oyunun əvvəli də ona görə belə alındı. Yaxşı ki, hər şey belə alındı və qalib gəldik. Amma strateji düşüncələrimə görə oyunun əvvəlində təzyiq göstərib, istəyimizə çatmalı, sonra rahat oynamalı idik. Amma biz yalnız 30-cu dəqiqədə hesabı açdıq. Akademiyamızın yetirmələrinin bugünkü çıxışından razı qaldım. Yaxşı oldu ki, onlar qol da vurdular. Lakin bu məni təəccübləndirmədi. Onlar artıq neçə vaxtdı əsas komanda ilə məşq edirlər. Həmin futbolçuların bu qarşılaşmada şans qazanması müsbət hal oldu”.

 

Mənbə: gabalafc.az

0