[b]“Bura kimi gəlib çıxa bilmişiksə...” – Şahin Diniyev[/b]
14.05.2016 - 20:59
[b]“Bura kimi gəlib çıxa bilmişiksə...” – Şahin Diniyev[/b]

“Hər bir matç bizim üçün çətindir, asan oyun yoxdur. Bir dəfə demişəm, indi yenə təkrar edirəm ki, “Kəpəz” nə böyük klubdur, nə də kiçik. Hər bir komanda ilə görüşdə qalib də gələ bilərik, uduza da”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 35-ci turunda "Zirə" ilə matç öncəsi klubun saytına deyib.

 

Təcrübəli mütəxəssis son iki oyunun onlar üçün həlledici olduğunu bildirib: “Medallar uğrunda gərgin mübarizə gedir. Ötən turdakı məğlubiyyətə görə ruhdan düşməməliyik. Bura kimi gəlib çıxa bilmişiksə, bunun davamını gətirməliyik”.

0