“Rəqibi təbrik edirəm. Sloveniya yığması bu gün qələbəyə layiq idi. Bütün komponentlərdə bizdən üstün oynadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın futbolüzrə U-17 milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirin 3-cü mərhələsində Sloveniyanın U-19 komandası ilə qarşılaşmış millimizin çalışdırıcısı 0:4 hesablı darmadağını belə şərh edib: “Səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanət etmək istəməzdim. Çünki buraya gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda builki turnir davam edir. Növbəti oyunda daha yaxşı çıxış edəcəyimizi düşünürəm”.