[b]“Müdafiədəki kiçik səhvlər bizə ağır başa gəldi...” – Şahin Diniyev[/b]
15.05.2016 - 20:50
[b]“Müdafiədəki kiçik səhvlər bizə ağır başa gəldi...” – Şahin Diniyev[/b]

“Zirə”ni gümüş medal qazanması münasibətilə təbrik edirəm. Bütün mövsüm ərzində komanda liderlər qrupunda mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.


Topaz Premyer Liqasının XXXV turunda səfərdə debütnt “Zirə” ilə qarşılaşan gəncəlilərin çalışdırıcısı 2:2 hesablı heç-heçəni belə dəyərləndirib: “Namiq və Ebahı tez itirməyimiz planı pozdu. Sonda bir neçə qol vəziyyətini boşa verdikdən sonra qol buraxmağımız gözlənilirdi. Ancaq təəssüflənməyə dəyməz. “Kəpəz” liderlərlə başabaş mübarizə aparır. İstərdik qələbə qazanaq, amma alınmadı, bir xal əldə etdik. “Zirə” kimi komandayla səfərdə heç-heçə oynamaq yaxşıdır. “Qəbələ” ilə oynamaq çox çətin olacaq. Mən futbolçularımla fəxr edirəm. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Müdafiədə buraxdığımız kiçik səhvlər bizə ağır başa gəldi. Qələbəni qorumağımız üçün müdafiədə soyuqqanlılıq çatmadı”.


Diniyev yeni mövsümdə heyətdə dəyişiklərin olacağını söyləyib: “Bu mövsüm mənim məşqçilik karyeramda ən az futbolçu ilə oynadığım çempionat oldu. Konkret olaraq hansı mövqenin gücləndiriləcəyini deyə bilmərəm. Çünki qarşıda bir oyunumuz var. Təxminən 5-6 futbolçu gedəcək və eyni sayda oyunçu gələcək. Buraya legionerlər də daxildir. “Kəpəz” əsasən gənc futbolçulara üstünlük verəcək”.


Mütəxəssis avrokuboklardakı şanslarından da danışıb: “Avstriya klubları ilə düşmək istəməzdim. Amma bilirəm ki, ən güclü klublar düşəcək. Digər klublarımızdan fərqli olaraq, biz daha güclü rəqiblərlə mübarizə aparmalı olacağıq. Çalışacağıq ki, layiqli mübarizə aparaq. Sürətli futbol oynayan ölkə təmsilçiləri ilə düşmək istəməzdim”.

 

 

0