[b]Mövsümün ən intizamsızı “Kəpəz”də imiş ... [/b]
25.09.2016 - 16:37
[b]Mövsümün ən intizamsızı “Kəpəz”də imiş ... [/b]

Topaz Premyer Liqasında sarı vərəqə limitinə görə cəzalı duruma düşən ilk futbolçunun adı məlum olub. Apasport.az saytı xəbər verir ki, bu “ilk”ə “Kəpəz”in futbolçusu Serjio Kosta imza atıb.

 

Hazırda davam edən VI turun “Qarabağ”la matçında xəbərdarlıq alan braziliyalı mövsümdə 4-cü dəfə önündə “sarı” görüb. Serjinyo kimi tanınan futbolçu ardıcıl 4 qarşılaşmada vərəqə alıb.

 

O, III turun “İnter” (2:2), IV turun “Zirə” (2:0) və V turun “Sumqayıt”la (1:1) görüşlərində də xəbərdarlıq almışdı. 4 oyunluq sarı vərəqə seriyası onun I dövrənin son matçını buraxması ilə nəticələnib. “Kəpəz” “Neftçi” ilə oktyabrın 1-dəki matçda Serjinyonun xidmətindən məhrum olacaq.

0