[b]“Lazımsız dəqiqədə, lazımsız qol buraxdıq” – Kamran Ağayev[/b]
10.06.2017 - 23:15
[b]“Lazımsız dəqiqədə, lazımsız qol buraxdıq” – Kamran Ağayev[/b]

“Oyun baxımından pis çıxış etmədik, təəssüflər olsun ki, nəticə əldə olunmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin oyunçusu Kamran Ağayev deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub. Oyundan sonra açıqlama verən qapıçı lazımsız qol buraxdıqlarını deyib: “Adam heç nə danışa bilmir. Belə hadisələr idmanda mümkündü. Yəqin ki, tək biz yox, bütün Azərbaycan xalqı məyus oldu. Baş məşqçinin tapşırdığı kimi, onun taktikası ilə oynadıq. Vaxtı uzatmaq kimi bir fikrim yox idi, üzərimə düşəni yerinə yetirdim. Sadəcə, lazımsız dəqiqədə, lazımsız qol buraxdıq”.