[b]“Milan” isveçrəli futbolçu aldı - FOTO[/b]
08.06.2017 - 21:28
[b]“Milan” isveçrəli futbolçu aldı - FOTO[/b]

“Milan” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “rassionerilər” Rikardo Rodrigezi rənglərinə bağlayıb.

 

“Volfsburq”un keçmiş futbolçusu ilə müddəti 2021-ci ilə kimi nəzərdə tutulmuş 4 illik müqavilə imzalanıb. Əvəzində isə almanlara 18 milyon avro ödənilib.

 

Qeyd edək ki, son 5 mövsümü Almaniya təmsilçisində keçirmiş sol cinah müdafiəçisi İsveçrə millisində də 43 oyunda meydana çıxıb.