[b]“Milan” növbəti transferini açıqladı - FOTO[/b]
02.06.2017 - 20:01
[b]“Milan” növbəti transferini açıqladı - FOTO[/b]

“Milan” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “rassionerilər” “Atalanta”nın yarımmüdafiəçisi Frank Kessieni heyətinə cəlb edib.

 

20 yaşlı oyunçu klubunu icarə əsasında dəyişib. O, 2 illik müqaviləyə imza atıb. Anlaşmanın sonunda tərəflər razılaşsa, “Milan” oyunçunun tam hüquqlu sahibi olacaq.

 

İtaliya mətbuatında yer alan xəbərlərdə Kessienin keçid qiyməti 28 milyon avro miqdarında dəyərləndirilib.

 

Qeyd edək ki, ötən mövsüm A seriyasında 30 matça çıxan fil dişi sahilli futbolçu 6 qola imza atıb və 4 dəfə də məhsuldar ötürmə ilə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.