[b]“Oyun məni qane etmədi” – Yaşar Vahabzadə[/b]
24.01.2016 - 20:52
“Nəticədən razı qaldım. Lakin oyunumuz məni qane etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.
“Antalya Cup” turniri çərçivəsində Səudiyyə Ərəbistanı ilə matçda ikinci qələbəsini qazanan milli komandanın çalışdırıcısı qarşılaşmanı belə şərh edib: “Təbii ki, rəqibin azlıqda qalması oyunun gedişinə təsirini göstərdi. Məni narazı salan məqamlardan ən əsası ötürmələrdə çoxlu səhvə yol verməyimiz oldu. Havanın küləkli olması da oyun keyfiyyətini aşağı salan amillərdən idi”.
0
0