[b]“Problemlərə baxmayaraq, qələbə qazandıq” – Zaur Svanadze[/b]
24.10.2015 - 18:45
[b]“Problemlərə baxmayaraq, qələbə qazandıq” – Zaur Svanadze[/b]

“Mən qazanılan 3 xala görə razıyam. Demək istəyirəm ki, biz son iki oyunu yeni baş məşqçiyə qarşı oynayırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasında öz meydanında “Rəvan”ı qəbul edən “bankirlər”in çalışdırıcısı 2:0 hesablı qələbəni bu cür şərh edib:

 

“Yeni baş məşqçiyə qarşı oynamağın isə əlavə çətinlikləri var. “Rəvan”la oyuna zədəli futbolçuların çoxluğu fonunda qurulan heyətlə çıxmışdıq. Problemlərə baxmayaraq, qələbə qazandıq. Qarşıdakı oyunu düşünməliyik”.

0