[b]“Qalatasaray”da 3-cü rəsmi transfer - FOTO[/b]
30.06.2017 - 17:30
[b]“Qalatasaray”da 3-cü rəsmi transfer - FOTO[/b]

“Qalatasaray” mövsümlərarası fasilədə 3-cü əcnəbi transferini açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Bafetimbi Qomis və yarımmüdafiəçi Yunes Belhandanın ardından “cim-bom” müdafiə xəttini gücləndirib.

 

Belə ki, “Sao Paulo”nun futbolçusu Maykon bu gün “sarı-qırmızılılar”la münasibətləri rəsmiləşdirib. Bu keçid İstanbul nəhənginə 7 milyon avroya başa gəlib. Yeni komandası ilə 4 illik müqaviləyə qol çəkən 29 yaşlı mərkəz müdafiəçisinin illik məvacibi 2,2 milyon avro təşkil edəcək.

 

Ancaq komanda hər dəfə Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsinə adlayacağı, eləcə də futbolçu hər mövsüm 25-dən çox qarşılaşmada iştirak edəcəyi təqdirdə əlavə bonuslar qazanacaq. Bundan başqa, “Qalatasaray” Superliqa və avrokuboklarda əldə edəcəyi hər xala görə, Maykona 4 min avro ödəyəcək.

 

Qeyd edək ki, “Kruzeyro”nun yetirməsi olan Maykon Pereyra Roke bundan əvvəl Avropada “Nasional” (2008-2009) və “Porto” (2009-2016) klublarında çıxış edib.