[b]“Qalib gəlsəydik, daha yaxşı olardı” - Samir Abasov[/b]
25.10.2016 - 18:21
[b]“Qalib gəlsəydik, daha yaxşı olardı” - Samir Abasov[/b]

“Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IX turunda “Qəbələ” ilə 2:2 hesabı ilə bərabər qaldıqları oyundan sonra deyib.

 

Gənc mütəxəssis bildirib ki, “Qəbələ”ni məğlub etməyi hədəfləyiblərmiş: “Bu gün uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, bu gün yaxşı oynadıq. Məqsəd “Qəbələ”ni burdan əliboş yola salmaq idi. Qalib gəlsəydik, daha yaxşı olardı, amma məğlub olmamaq da pis nəticə deyil”.

0