[b]“Qarabağ” və “Neftçi” 1/4 finalda - YENİLƏNİB[/b]
28.11.2017 - 18:50
[b]“Qarabağ” və “Neftçi” 1/4 finalda - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

1/4 finala vəsiqələr uğrunda mübarizəyə ölkənin ən titullu klublarının ev matçları ilə start verilib. Belə ki, “Qarabağ” və “Neftçi” I divizion klublarını sınağa çəkib.

 

Premyer Liqa klublarının aşağı dəstə təmsilçiləri ilə qarşılaşdığı raundun ilk günündə divizionun fərqli qütblərində qərarlaşan komandalar meydana çıxıb.

 

Ağdam təmsilçisi I divizionun lideri “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Qurban Qurbanovun komandası ikinci hissədə vurduğu 2 qolla qalib gəlib.

 

“Neftçi” isə aşağı liqanın autsayderi “Zaqatala” ilə görüşüb. Rəqibinə göz açmağa imkan verməyən paytaxt təmsilçisi 5 cavabsız qolla qələbə qazanıb.

 

Bu nəticələrdən sonra “Qarabağ” və “Neftçi” 1/4 final mərhələsinə adlayıblar. Ağdamlılar növbəti mərhələdə “Sumqayıt” – “Sabah”, bakılılar isə “Zirə” – “Xəzər” cütünün qalibi ilə qarşılaşacaqlar.

 

Qeyd edək ki, 1/8 finala sabah baş tutacaq 6 matçla yekun vurulacaq.

 


Azərbaycan kuboku

1/8 final

 

28 noyabr (çərşənbə axşamı)
 

“Neftçi” – “Zaqatala” - 5:0

Qollar: Daniel Seqovia, 8, 35, 54; Uqo Barqas, 50; Emin Mahmudov, 59
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
8-ci km qəsəbə stadionu

 

“Neftçi”: 53. Maksim Vaylo, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 23. Tərzin Cahangirov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 9. Uqo Barqas, 11. İqnasio Herrera, 12. Daniel Seqovia

Ehtiyat oyunçular: 44. Sənan Əlizadə, 15. Ruslan Abışov, 25. Kiril Petrov, 17. Rəhman Hacıyev, 10. Derlis Meza Kolli, 20. Elnur Süleymanov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov

Baş məşqçi: Tərlan Əhmədov

 

“Zaqatala”: 12. Samir Quliyev, 18. Elçin Süleymanov, 5. Elmir Sulxayev, 13. Vəzir Musayev, 4. Kənan Müslümov, 3. Roini İsmayılov, 8. Hacı Əhmədov (k), 9. Osman Qurbanov, 10. Rəhman Şabanov, 2. Sərxan Abdullayev, 11. Sərxan Ağayev

Ehtiyat oyunçular: 14. Kənan Məmmədov, 6. Məhəmməd Babazadə, 22. Nəsib Əliyev, 7. Asim Babazadə, 19. Elvin Hacızadə, 20. Fuad Bayramlı, 16. Coşqun Canımov

Baş məşqçi: İlqar Aslanov

 

 

“Qarabağ” – “Qaradağ Lökbatan” - 2:0

Qollar: Əfran İsmayılov, 57; Pedro Enrike, 81
Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Nahid Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”
 

“Qarabağ”: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev (k), 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 77. Donald Qerye, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 18. Tarik Elyunissi, 33. Eltun Turabov, 70. Nicat Süleymanov

Baş məşqçi: Qurban Qurbanov

 

“Qaradağ Lökbatan”: 12. Ağaseyid Qasımov, 2. Mikayıl Rəhimov, 5. Elmar Mirzəyev, 55. Ruslan Poladov, 18. Rəfail Qəvami, 6. Natiq Kərimi, 97. Samir Musayev, 8. Emin Mustafayev, 11. Elvin Adışirinli, 23. Coşqun Süleymanov, 17. Sabir Allahquliyev (k)

Ehtiyat oyunçular: 1. Fərid Ağayev, 90. Anar Məhərrəmov, 10. Əliqulu Manafov, 7. Pərvin Haqverdiyev, 25. Ramil Rəhimzadə, 15. Emin Mirzəliyev, 4. Elxan Cəbrayılov, 62. Yusif Dilanov, 77. Pərvin Paşayev, 9. Vüsal Qarayev, 19. Əfsər Məmmədov, 3. Nicat Əsgərov

Baş məşqçi: Həbib Ağayev

0