[b]“Qəbələ”: 476 gün və ya 482 dəqiqədən sonra[/b] - STATİSTİKA
22.10.2015 - 20:03
[b]“Qəbələ”: 476 gün və ya 482 dəqiqədən sonra[/b] - STATİSTİKA

“Qəbələ” cari mövsümdə avrokuboklardakı ev oyunlarında ilk dəfə qol buraxıb. Apasport.az saytının məlumatına görə, əvvəlki 5 matçda qapısını toxunulmaz saxlayan “qırmızı-qaralar” qrup mərhələsinin III turunun “Borussiya” ilə matçında rəqib qoluna üzülüb.

 

Almaniyalıların ilk qolunu vuran Emerik Obameyanq 31-ci dəqiqədə fərqlənməklə, təmsilçimizin seriyasını 482-də saxlayıb.

 

Belə ki, “Qəbələ” 482 dəqiqədən sonra qapısında qol görüb. Əyalət klubu evdə sonuncu dəfə ötən mövsüm 2014-cü il iyulun 3-də “Şiroki Briyeq”lə matçda qapısından qol buraxmışdı. Qəbələlilərin son ev məğlubiyyətini də aldığı 476 gün əvvəlki qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi 2:0 hesabı ilə qalib gəlmişdi. Həmin matçın 74-cü dəqiqəsində hesabı açan Vaqner 89-cu dəqiqədə son nöqtəni qoymuşdu. Onun qolundan sonra “Qəbələ” evdə 5 oyun qol buraxmamışdı.

 

Qeyd edək ki, “Qəbələ” bunadək I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su (Tiflis), növbəti raundda Serbiya “Çukariçki”si eyni 2:0, III təsnifat mərhələsində Kipr “Apollon”unu 1:0 yenmişdi. Yunanıstan klublarından “Panatinaikos”la pley-offda, PAOK-la qrup mərhələsinin I turunda qolsuz heç-heçə qeydə alınmışdı.

0