[b]“Qəbələ”yə yuxarıdan aşağı baxmaq olmaz” – Devi Ruf[/b]
15.09.2016 - 10:42
[b]“Qəbələ”yə yuxarıdan aşağı baxmaq olmaz” – Devi Ruf[/b]

“Bütün futbolçular dərk edir ki, biz rəqibi qiymətləndirməyə bilmərik. “Qəbələ”yə yuxarıdan aşağı baxmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext”in qapıçısı Devi Ruf deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə oyunöncəsi mətbuat konfransında fikirlərini bildirən 22 yaşlı qolkiper qələbə barədə düşündüklərini söyləyib. Gənc qolkiper bunun onlara asan başa gəlməyəcəyini də yaxşı dərk edir: “Bütün komandalarla görüşlərdə tam gücümüzlə mübarizə aparır, bacarığımızı nümayiş etdiririk. “Qəbələ” isə çempionat oyununda 8:0 hesablı qələbə qazanıb. Deməli, onlara qarşı ehtiyatlı oynamaq lazımdı”.

 

Bu mövsümdən “Anderlext”in əsas qapıçısına çevrilən Devi Ruf hələ öyrənməli çox şeyin olduğunu etiraf edib: “Anderlext”də əsas qapıçı olmaq heç də asan deyil. Bu mövsüm artıq həm yaxşı, həm də pis keçirdiyim oyunlar olub. Bu da gənc qapıçı üçün normal haldı. Hər matçda özümü yaxşı yaxşı tərəfdən göstərməyə çalışıram. Daha yaxşı oynamalı olduğumu bilirəm. Əsas odu ki, doğru yoldayam”.

 

Qeyd edək ki, bu gün "Konstant Vanden Stok" stadionunda keçiriləcək “Anderlext” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0