[b]“Real” 1000-i yarıladı[/b]
04.06.2017 - 00:02
[b]“Real” 1000-i yarıladı[/b]

Çempionlar Liqasının final matçında “Yuventus”la oyunda hesabı açan Kristiano Ronaldo “Real”ın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu “kral klubu”nun ÇL-dəki 500-cü qolunun müəllifi olub.

 

Madridlilər qitənin ən nüfuzlu klub turnirində bu göstəriciyə çatan ilk komanda olub. Sıralamadakı növbəti klublar isə “Barselona” (459), “Bavariya” (415), “Mançester Yunayted” (350) və “Arsenal”dır (281).

 

Qeyd edək ki, bu qolla Ronaldo həm ÇL-nin 3 final matçında fərqlənən yeganə oyunçu olub, həm də “Yuventus”un qapıçısı Buffonu qarşı-qarşıya gəldiyi 5 matçda 6-cı dəfə məyus edib.