“Roma”nın qolkiperi Alison Beker karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının “RMC Sport”a istinadən məlumatına görə, “Real” braziliyalının xidmətində maraqlıdı.
“Roma” ilə müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulan Alisonun transferi Madrid klubuna 70 milyon avroya başa gələ bilər. Digər tərəfdən, “canavarlar”ın rəhbərliyi qapıçının məvacibini iki dəfə artırmağa hazırdı. Bunun üçün Alison “Roma” ilə olan saziş müddətini uzatmalıdı.
“Liverpul”, “Çelsi” və PSJ kimi klublar da Alison Bekerin xidmətində maraqlıdı. Qeyd edək ki, o, 2016-cı ildən bəri “Roma”da çıxış edir.
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır