[b]“Səfərdən qələbə ilə qayıtmaq borcumuzdu” – Şahin Diniyev[/b]
07.05.2016 - 10:11
[b]“Səfərdən qələbə ilə qayıtmaq borcumuzdu” – Şahin Diniyev[/b]

“Kərim Diniyevin cəzasını başa vurub komandaya kömək edə bilməsi xeyrimizədi. Bilirsiz ki, hər tur futbolçularımızdan kimsə cəza və ya zədəyə görə oyunu buraxmaq məcburiyyətində qalır”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Gəncə təmsilçisi Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün “Xəzər Lənkəran”la qarşılaşacaq. Dünən son məşqini matçın baş tutacağı Lənkəran stadionunda keçən “Kəpəz”də yalnız zədəli Ceyhun Cavadov səfərə aparılmayıb.

 

Görüşlə bağlı klubun rəsmi saytına danışan Şahin Diniyev məqsədlərinin qələbə qazanmaq olduğunu söyləyib: “Xəzər Lənkəran”ın turnir cədvəlində mövqeyi yaxşı deyil. Onlara da xal çox lazımdı. Səfərdən qələbə ilə qayıtmaq borcumuzdu. Bura kimi gəlmişiksə, bütün gücümüzü meydanda qoymalıyıq. Amma bizə asan olmayacaq. Rəqib son vaxtlar qələbə qazanmasa belə, qələbəyə layiq oyun nümayiş etdirir. Şanslar bərabərdi. Lənkəranlılarla oyundan sonra bizi daha ağır yarış qrafiki gözləyir”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Kəpəz” oyunu saat 16:00-da başlayacaq.

0