Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”ın qardaş ölkədə yoxlama görüşü keçirəcəyi ilk rəqib müəyyənləşib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej" klubu ilə üz-üzə gələcəklər.
Qarşılaşma iyulun 15-də yerli vaxtla saat 17:00-da "Fənərbaxça" Topuk Yaylası İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan "Al Khaleej" klubu 1945-ci ildə yaradılıb və 2015/2016 mövsümünü 33 xalla 14 komanda arasında 7-ci pillədə başa vurub.