[b]“Yarımfinala çətinlik çəkmədən yüksəldiyimizi kimsə iddia edə bilməz” - FOTO[/b]
27.09.2016 - 10:23
[b]“Yarımfinala çətinlik çəkmədən yüksəldiyimizi kimsə iddia edə bilməz”  - FOTO[/b]

“Azərbaycan millisi ilə qarşılaşmadan öncə rəqibin heyətində ciddi itkilərin olmasından xəbərimiz var idi. Buna baxmayaraq, ağır oyun olacağını bilirdik” Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin futzalçısı Joao Matos deyib.

 

Kolumbiyada keçirilən DÇ-2016 ilə bağlı açıqlama verən təcrübəli oyunçu 1/4 finalın Azərbaycanla qarşılaşmasından da danışıb: “Gözlədiyimiz kimi də oldu. Belə rəqiblər matç asan ola bilməzdi. Yarımfinala çətinlik çəkmədən yüksəldiyimizi kimsə iddia edə bilməz. Hədəfimiz uduzmamaq idi ki, bunun da öhdəsindən gəldik. Həm nəticə, həm oyun planında istədiyimizə çatdıq. Qələbəmizdə komandanın ruhunun böyük rolu var. Millidə çıxış etdiyim müddətdə belə güclü komanda görməmişəm. Buna heç şübhəm də yoxdu”

 

Qeyd edək ki, Portuqaliya millisi Azərbaycanla matçda 3:2 hesablı qələbə qazanıb.

0