[b]“Zirə” ilə başlayan və onunla da davam edən seriya[/b]
02.05.2016 - 00:03
[b]“Zirə” ilə başlayan və onunla da davam edən seriya[/b]

Topaz Premyer Liqasının XXXII turunda “Zirə” ilə qarşılaşan “Qarabağ” ardıcıl 9-cu qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, rəqibini 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri sonuncu dəfə XXIII turun “İnter”lə oyununda xal itiriblər – 1:1.

 

Bu qələbə ilə həm də çempionluğunu rəsmiləşdirən Ağdam klubu özünün cari mövsümdəki rekordunu da yeniləyib. "Qarabağ"a qədər rekord XIX-XXIII turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.

 

XXIV turda məhz “Zirə”nin qalibiyyət seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran” (2:1), "Kəpəz" (4:0), “Neftçi” (2:1) və “İnter”i (2:0) məğlub etmişdi.

0