Avropa Liqasında həftənin simvolik komandası müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, UEFA yarımfinal mərhələsinin cavab qarşılaşmalarından sonra rəmzi “11-liy”i açıqlayıb.
“Atletiko”, “Zalsburq” və “Marsel” 3, “Arsenal” isə 2 futbolçu ilə təmsil olunub.
Qapıçı: David Ospina (“Arsenal”)
Müdafiəçilər: Ştefan Layner (“Zalsburq”), Dieqo Qodin (“Atletiko”), Rolando, Cordan Amavi (hər ikisi “Marsel”)
Yarımmüdafiəçilər: Amadu Edara, Diade Samasseku (hər ikisi “Zalsburq”), Qranit Xaka (“Arsenal”), Dimitri Paye (“Marsel”)
Hücumçular: Antuan Qrizmann, Dieqo Kosta (hər ikisi “Atletiko”).
Qeyd edək ki, “Atletiko” – “Arsenal” görüşü 1:0, “Zalsburq” - “Marsel” qarşılaşması isə 2:1 hesabı ilə başa çatıb. Bu nəticələrdən sonra “Atletiko” və “Marsel” finala adlayıb.