[b]Azərbaycan klubları üçün: "Lill", "Slovan", "Mlada Boleslav" - YENİLƏNİB[/b]
15.07.2016 - 15:13
[b]Azərbaycan klubları üçün: "Lill", "Slovan", "Mlada Boleslav" - YENİLƏNİB[/b]

Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan klublarının potensial rəqiblərinin adlarına aydınlıq gəlib.

 

Lakin bunun üçün ilk növbədə II təsnifat mərhələsində çıxış edən “Qəbələ”, “Neftçi” və “Kəpəz” bu raundu adlamalıdı.

 

Macarıstanda 2:1 hesabı ilə məğlub etdiyi MTK səddini adlasa, “Qəbələ” “Lill” (Fransa) ilə görüşəcək.

 

Bakıda keçirilən ilk matçında qol vurulmayan “Neftçi” – “Şkendiya” cütünün qalibi isə

“Mlada Boleslav” (Çexiya) ilə qarşılaşacaq.

 

Avstriyada meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnən “Admira” – “Kəpəz” cütünün qalibi növbəti mərhələdə “Slovan”la (Çexiya) görüşəcək.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 28-də, cavab matçları avqustun 4-də keçiriləcək.

 

0