[b]Azərbaycanlı futbolçu “Boavişta”da - FOTO[/b]
21.07.2016 - 14:24
Rusiya yığmasının əslən azərbaycanlı olan sabiq futbolçusu Emin Mahmudovun yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
“Krilya Sovetov”la müqaviləsini qarşılıqlı şəkildə pozan Mahmudov bu ölkənin “Boavişta” klubu ilə anlaşıb. Ötən mövsüm icarə əsasında “Mordoviya”da çıxış edən yarımmüdafiəçi lazım olmadığı Samara təmsilçisi ilə yollarını ayırmağı daha məqsədəuyğun sayıb.
Qeyd edək ki, Mahmudov ötən mövsüm Premyer Liqada 19 oyun keçirib, 4 sarı vərəqə alıb.
0
0