[b]Bizimkilərin Porto gəzintisi - FOTO[/b]
14.09.2016 - 01:36
[b]Bizimkilərin Porto gəzintisi - FOTO[/b]

Milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov feysbuk profilindən maraqlı şəkil paylaşıb. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın “Boavişta” klubunda çıxış edən oyunçu yenicə həmin komandaya qoşulmuş digər milli oyunçu Kamran Ağayevlə fotosunu yayımlayıb.

 

Kamranı gəzdirməyə çıxardığını bildirən Emin fotoya başlıq kimi “Kamrana ekskursiya keçirirəm” yazıb.

 

Qeyd edək ki, Porto şəhərini təmsil edən “Boavişta” Portuqaliya Premyer Liqasında çıxış edir və hazırda 4 oyundan sonra 5 xalla 11-ci yerdə qərarlaşıb. 

0