[b]Həftənin ən yaxşısı kim olacaq? – Namizədlər[/b]
13.04.2018 - 09:36
UEFA Avropa Liqasında həftənin ən yaxşısı olmağa namizəd futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Sportinq”lə cavab oyununda 6 qurtarışla yadda qalan Yan Oblak (“Atletiko”), MOİKə qarşı 2 məhsuldar ötürmə edən Məhəmməd El-Nenni (“Arsenal”), “Leypsiq”lə görüşdə 1 qol, 1 assistlə oynayan Dimitri Paye (“Marsel”) və “Latsio”nun qapısına yol tapan Amadu Edar (“Zalçburq”) namizədilər sırasına düşüblər.
UEFA-nın saytında keçirilən səsvermənin nəticələrinə əsasən qalib müəyyənləşəcək.
0
0