Beynəlxalq Bankla bütün bağlarını qoparan “İnter” keçmiş sponsorunu formasından da sildi. Dünən Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsindəki oyunda buna şahid olduq.
Apasport.az xəbər verir ki, bakılılar Serbiyada “Mladost”la oyuna üzərində “SAMAYA” yazılmış geyimlərdə çıxmışdı və bu reklam yazısı Beynəlxalq Bankın reklamının üzərinə vurulmuşdu. Komandanın formaları əvvəlki mövsümlərdən qalandı, yenisi alınmayıb. Bu üzdən rəhbərlik reklam yazısını köhnə formanın üzərinə yapışdırmaqla kifayətlənmişdi.
Qısa araşdırmadan sonra öyrəndik ki, bu reklamın mənasını “İnter”də də bilmirlər. Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun istəyi ilə bu reklamlar formalara vurulub. “SAMAYA” Axundova bağlı olan bir şirkətin reklamıdı və ingiliscə belə yazılır. Əslində isə həmin şirkətin adı “Səmayə”di, amma konkret hansı xidməti göstərdiyi sirrdi.
futbolinfo