Liverpulun meri Co Anderson maraqlı bəyanatla çıxış edib. Apasport.az saytının məlumatına görə, “Everton” azarkeşi kimi tanınan dövlət rəsmisi bu klubun oyunçusu Rossa Barklinin “Çelsi”yə transferinin araşdırılmalı olduğunu bildirib.
Mer fikirlərini belə əsaslandırıb: “Rossa mövsümün əvvəlində “Çelsi”yə 35 milyon funt-sterlinqə gedə bilərdi, amma onun agenti transferin son günündə bu işi əngəllədi. Əvəzində isə mövsümün geri qalan hissəsində bir dəqiqə belə oynamayan futbolçu 15 milyona transfer oldu. Bu məsələdə nə oyunçu, nə də agenti özlərini təmizə çıxara bilməzlər. Daha uzunmüddətli müqavilə bağlayıb sonra başqa kluba keçə bilərdi.
Mən Premyer Liqa və İngiltərə Futbol Federasiyasına müraciət edirəm: Bu keçidi mütləq araşdırsınlar. Düşünürəm ki, agent nəyisə düz etməyib”.
Qeyd edək ki, Rossa bu gün “Çelsi” ilə 5.5 illik müqavilə imzalayıb.