[b]PFL-dən yeni layihə: Ayın ən yaxşı qolu seçilir - VİDEO[/b]
09.10.2016 - 16:49
[b]PFL-dən yeni layihə: Ayın ən yaxşı qolu seçilir - VİDEO[/b]

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlamaq üçün I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirmək üçün sorğu keçirir. Apasport.az saytının məlumatına görə, ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək.

 

Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar.

 

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.

 

Səsvermənin nəticəsinə  görə 1-ci yeri tutmuş futbolçu Bakı klublarından birinin üzvü olsa belə, ona mükafatı bölgədə keçirilən görüşdən öncə təqdim edəcəyik.

 

Bu addım jurnalistlərin  I Divizionda baş tutacaq bölgə oyunlarına səfərini təşkil etmək və yarışların daha da işıqlandırılması baxımından atılıb.

 

(pfl.az)

0