[b]Premyer Liqada püşk atıldı: II turda derbi[/b]
14.06.2017 - 14:04
[b]Premyer Liqada püşk atıldı: II turda derbi[/b]

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi müəyyənləşib. Apasport.az saytının Britaniya mətbuata istinadən məlumatına görə, İngiltərə çempionatında 2017-18 mövsümə avqustun 12-də start veriləcək.

 

Son çempion “Çelsi” ilk turda “Bernli”ni qəbul edəcək. “Arsenal”la “Mançester Yunayted” də mövsümə doğma azarkeşləri önündə başlayacaqsa, “Mançester Siti”, “Tottenhem” və “Liverpul”un ilk görüşü səfərdə baş tutacaq.

 

İlk derbi II tur çərçivəsində “Tottenhem”lə “Çelsi” arasında oynanılacaq. “Liverpul” III turda “Arsenal”ı qəbul edəcəksə, bir tur sonra “Mançester Siti”nin qonağı olacaq. “Mançester Yunayted” ilk ciddi sınağını VIII turda verəcək. Joze Mourinyonun komandası əzəli rəqib “Liverpul”la səfərdə üz-üzə gələcək.

 

Premyer Liqada mövsümün son turu isə gələn il mayın 13-də keçiriləcək.

0