[b]"Yaşayarıq, görərik" - Renat Dadaşov yığmamızdan gedir? [/b]
04.04.2017 - 15:12
[b]"Yaşayarıq, görərik"  - Renat Dadaşov yığmamızdan gedir? [/b]

“Azərbaycan yığmasındakı gələcək karyeram haqda indi danışa bilmərəm. Bunu zaman göstərəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.

 

“Ayntraxt”ın 18 yaşlı hücumçusu martın 26-da Bundestimlə keçirilən oyuna dəvət olunsa da, millimizin heyətində debüt edə bilmədi. Bundan sonra onun AFFA-dan küsdüyü və əvvəllər də şərəfini qoruduğu Almaniya yığmalarına qayıdacağı barədə söz-söhbətlər yayılıb.

 

Bunlara şərh verməkdən boyun qaçıran gənc forvard Azərbaycan millisindəki gələcəyi ilə bağlı danışmağın tez olduğunu bildirib: “Hazırda çox danışmağa vaxtım yoxdu. Çünki ABŞ-a uçuram. Səfərimin səbəbi şəxsi işlərimdi. Bu barədə sonra danışarıq. İndi nəsə deyə bilmərəm. Yaşayarıq, görərik”.

 

Əslən azərbaycanlı olan hücumçu əvvəllər ölkəmizin U-15 yığmasında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15 millisində oynamağa qərar verən Dadaşov ardınca U-16 və U-17-nin formasını geyinib. Qısa zamanda Bundestimin aparıcı futbolçusuna çevrilmiş Dadaşov Azərbaycanda keçirilən U-17-lər arasında Avropa çempionatının final mərhələsində də oynayıb.

 

Qeyd edək ki, Renat Dadaşov Almaniyanın U-17 yığmasında keçirdiyi 15 oyunda 13 qola imza atıb.

0