[b]Ronaldo “Real”ın qarşısında şərt qoydu[/b]
29.09.2017 - 11:09
[b]Ronaldo “Real”ın qarşısında şərt qoydu[/b]

Bir neçə futbolçusu ilə yeni müqavilə bağlayan “Real” rəhbərliyi Kriştianu Ronaldo ilə də danışıqlara başlayıb. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” 2021-ci ilə qədər sözləşməsi olan portuqaliyalı futbolçunun anlaşmasının müddətini bir qədər də uzatmaq niyyətindədi.

 

Lakin Ronaldo rəhbərlik qarşısında şərt qoyub. 32 yaşlı hücumçu yeni müqaviləyə imza atmaq üçün illik məvacibinin artırılmasını istəyib. O, “Barselona”nın üzvü Lionel Messi və PSJ-nin yeni transferi Neymar kimi, vergi çıxıldıqdan sonra 30-40 milyon avro maaş almaq niyyətindədi.

 

Rəhbərlik vergidən yayınmaqda günahkar bilindiyi üçün 15 milyon avro cərimə ödəyən Ronaldonun illik məvacibini 21 milyon avrodan 25 milyon avroya yüksəltməyə hazırdı. Lakin bu, Portuqaliya yığmasının üzvünün ürəyincə deyil. Tərəflər arasındakı danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, 2009-cu ildən “Real”ın formasını geyinən Kriştianu Ronaldo hazırkı komandasında 400 oyunda 411 qola imza atıb. 

0