DÇ-2018-in seçmə mərhələsinin Hollandiya – Lüksemburq matçı Uesli Sneyder üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “narıncılar”ın yarımmüdafiəçisi bu oyunla birlikdə millidə 131-ci matçını keçirib.
Bu isə “Qalatasaray”ın futbolçusunun milli formanı ən çox geyinən oyunçu rekordunu qırması deməkdir. Sneyder Va der Sarı arxada qoyub.
Meydan sahiblərinin 5:0 hesablı darmadağına sevindiyi oyunda qollardan birinə Uesli imza atıb.
Qeyd edək ki, 2003-cü ildən millinin formasını geyinən oyunçu bu müddətdə Hollandiya ilə AÇ-2004-ün bürünc, DÇ-2010-un gümüş və DÇ-2014-ün bürünc mükafatlarını qazanıb.