[b]Türkiyə klubu Kasilyasla maraqlanır - prezident təsdiqlədi[/b]
16.06.2017 - 11:42
[b]Türkiyə klubu Kasilyasla maraqlanır - prezident təsdiqlədi[/b]

“Antalyaspor” daha bir ulduz futbolçu transferi ilə azarkeşlərini sevindirmək niyyətindədi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Superliqa təmsilçisi “Porto”nun qapıçısı İker Kasilyası heyətinə qatmaqda maraqlıdı.

 

Samuel Etodan sonra bu yay Ceremi Menezlə də anlaşan Antalya klubu qapı xəttini “Real”ın unudulmaz əfsanəsi ilə gücləndirməkdə israrlıdı. 36 yaşlı qolkiperin “Porto” ilə müqavilə müddətinin bu ayın sonuna qədər olması və portuqaliyalıların yeni sazişə yaxın durmaması bu keçidin reallaşma ehtimalını artırır.

 

“Antalyaspor”un prezidenti Ali Şafak Öztürk də yerli mətbuata açıqlamasında ispaniyalı qolkiperi istədiklərini təsdiqləyib: “Kasilyas bizim ən böyük arzumuzdu. Büdcəmiz daxilində onunla anlaşmağa çalışacağıq”.

 

Qeyd edək ki, 1999-cu ildən 2015-ci ilə qədər “Real”ın formasını geyinən İker Kasilyas son iki mövsümü “Porto”da keçirib.