Sabah futzal üzrə Yüksək Liqada XXVI turun oyunları keçiriləcək. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, tur öncəsi iki oyunçu cəzalı durumdadı.
Belə ki, “Araz”la qarşılaşacaq “Marafon Futsal” İrandan dəvət etdiyi Hamed Khodaeinin xidmətindən istifadə edə bilməyəcək. “Yasamal”dan isə Vladislav Vorobyov dördüncü sarı vərəqəsini alıb. Ancaq onun komandası növbəti oyununu XXVII turda keçirəcəyinə görə, Vorobyov “FK.İtaldizain Futsal”la dueli buraxacaq.
Bundan başqa, Vüsal Səfərov, Sadiq Cavid, Mohamməd Şahsavari, Mortoza Cahandost, Rəsul Akbari (hamısı “Yasamal”), Fərid Ələkbərov, Sərxan Məstiyev, Namiq Məmmədkərimov (hamısı EKOL), Nihad İsmayılov, Faiq Əliyev (hər ikisi “İtaldizain Futsal”), Əjdər Əjdərov, Rüfət Balakişiyev (hər ikisi “Neftçi” İK), Reza Toloui (“Yasamal” FK / “Araz”), Omid Talebi və Majid Morovatinin (hər ikisi “Marafon Futsal”) passivində 3 sarı vərəqə var və onlar daha bir vərəqə alacaqları təqdirdə cəzalı duruma düşəcəklər.