[b]Yaşıl meydanların ən yaxşı “köməkçilər”i - FOTOSESSİYA[/b]
01.06.2017 - 00:05
[b]Yaşıl meydanların ən yaxşı “köməkçilər”i - FOTOSESSİYA[/b]

Futbolda qol vurmaq qədər bu qola vasitəçi olmaq, son ötürməni vermək də çox önəmlidir. Bir çox ulduzlar məhz asistanlıq bacarıqları ilə diqqət çəkir, yaşıl meydanlarda öz sözlərini bu şəkildə deyirlər.

 

Apasport.az saytı geridə qalan mövsümdə Avropa Liqalarında ən çox qol ötürməsi verən 10 oyunçunu təqdim edir.

 

10. Nikolay Yorgensen – “Feyenord”, 14 ötürmə

 

FBL-EUR-2016-FRIENDLY-DEN-ICE

 

Danimarkalı oyunçu “Feyenord”un bumövsümkü çempionluğunda önəmli rol oynayan futbolçulardandı. Komandasının hücumdakı əsas silahı olan Yorgensen 21 qolla Erediviziada bombardir olmaqla yanaşı 14 epizodda da komanda yoldaşlarının fərqlənməsi üçün əsas köməkçi rolunda çıxış edib.

 

9. Gelson Martins – “Sportinq”, 14 ötürmə

 

Borussia Dortmund v Sporting Clube de Portugal - UEFA Champions League

 

Portuqaliyalı futbolçu “Sportinq”in üçüncü yer tutmasında əməyi keçən əsas fiqurkardan biridir. Cinah hücumçusu mövqeyində çıxış edən Martins bu Portuqaliya çempionatında 6 qol vurub. O, çıxış etdiyi bütün oyunlarda isə 14 dəfə qol ötürməsi verib.

 

8. Xose Kallexon – “Napoli”, 14 ötürmə

 

FBL-ITA-SERIEA-LAZIO-NAPOLI

 

“Napoli”nin əldə etdiyi bütün uğurlarda baş rolda çıxış edən oyunçulardan biri də ispan hücumçudur. “Real”da özünü göstərə bilməyən, ancaq Neapolda adından söz etdirməyi bacaran Kallexon bu mövsümü də uğurlu keçirib. Komandasının “bürünc” qazanmasına 14 qolla töhfə verən futbolçu 14 dəfə də komanda yoldaşları üçün belə şans yaradıb.

 

7. Tomas Müller – “Bavariya”, 14 ötürmə

 

Bayern Muenchen v SC Freiburg - Bundesliga

 

“Bavariya”da və Almaniya millisində oyun davamiyyəti və intizamı baxımından ən önəmli futbolçuların başında Müller gəlir. Mövsümü 5 qolla tamamlayan oyunçu 14 dəfə də məhsuldar ötürməyə imza atıb.

 

6. Kristian Eriksen – “Tottenhem”, 15 ötürmə

 

Tottenham Hotspur v Manchester United - Premier League

 

“Tottenhem”in bu mövsüm əldə etdiyi “gümüş”də Eriksenin də çox rolu var. Danimarkalı yarımmüdafiəçi vurduğu 8 qolla yanaşı 15 ötürmə ilə də diqqət mərkəzində olmağı bacarıb.

 

5. Luis Suarez – “Barselona”, 15 ötürmə

 

Barcelona v Eibar - La Liga

 

“Barselona”nın hücum triosu MSN-in bir qolu olan uruqvaylı hücumçu qolçuluq bacarıqları ilə bərabər asistanlığı da nümayiş etdirib. O, 29 qolla bombardirlər yarışında yalnız komanda yoldaşı Messidən geri qalıb. Qol ötürmələrində isə Suarez daha üstündü – 15 ötürmə.

 

4. Neymar – “Barselona”, 15 ötürmə

 

FBL-ESP-CUP-BARCELONA-ALAVES

 

MSN-in digər qolu olan braziliyalı “Barselona” forması ilə La Liqada 13 qola imza atıb, bütün turnirlərdə isə ümumilikdə 15 dəfə qol ötürməsi ilə yadda qalıb.

 

3. Uesli Sneyder – “Qalatasaray”, 16 ötürmə

 

FBL-EUR-C1-GALATASARAY-TRAINING

 

“Qalatasaray” uğursuz çıxış etsə də, Sneyder üçün fərdi karyera baxımından normal keçib. Hollandiyalı yarımmüdafiəçi 5 qol və 16 qol ötürməsi ilə komanda yoldaşlarından fərqlənməyi bacarıb.

 

2. Kevin De Brün – “Mançester Siti”, 20 ötürmə

 

Manchester City v Crystal Palace - Premier League

 

“Mançester Siti” çempionluqdan çox uzaq düşsə də, komandanın vurduğu 80 qolun 26-da Kevin De Brün birbaşa iştirak edib. O, 6 dəfə rəqib qapısının torunu silkələməklə yanaşı, 20 dəfə də komanda yoldaşları üçün eyni şansı yaradıb.

 

1. Emil Forzberq – “Leypziq”, 22 ötürmə

 

Hertha BSC v RB Leipzig - Bundesliga

 

Qısa tarixində ilk dəfə Bundesliqaya yüksələn, debüt ilindəcə tarixi nəticəyə imza ataraq, “gümüş” qazanan “Leypziq”in qəhrəmanlarından biri də Emil Forzberqdir. İsveçli hücumçu 8 qol və 22 məhsuldar ötürmə ilə inanılmaz uğurun bir parçası olmağı bacarıb.