[b]Yığmamız mübarizəni dayandırdı - YENİLƏNİB[/b]
17.09.2016 - 16:51
[b]Yığmamız mübarizəni dayandırdı - YENİLƏNİB[/b]

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən VIII qrupunda II turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmasında Ukraynaya uduzan Azərbaycan millisi bu dəfə İspaniya yığması ilə üz-üzə gəlib.

 

Bakı Olimpiya Stadionunda təşkil olunan görüş komandamızın darmadağını ilə yekunlaşıb. Rəqib futbolçularımızın qapısından 7 cavabsız top keçirib.

 

Günün digər görüşündə isə Latviya Ukraynanı sınağa çəkib. Matçda sensasiya baş verməyib. İspaniya kimi Ukrayna da qrupda ikinci qələbəsini qazanıb. Bu isə sona 1 tur qalmış Azərbaycan və Latviyanın mərhələ adlamaq şansının üstündən xətt çəkib.

 

Sonuncu tur lideri və 3-cü yerin sahibini müəyyənləşməsi baxımından maraqlı olacaq.

 

Qeyd edək ki, növbəti mərhələyə 11 qrupun qalibi və 10 ən yaxşı ikinci yerin sahibi yüksələcək.  

 

 

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup

 

II tur, 17 sentyabr

 

Azərbaycan – İspaniya – 0:7

Qollar: Andrea Sierra, 24; 58; Lusia Qarsia, 31; 85; Aitana Bonmati, 56; Patrisiya Quojarro, 61; Sara Rubio, 77

 

Ukrayna – Latviya - 5:2

 

İspaniya

2

2

0

0

25-0

6

Ukrayna

2

2

0

0

7-3

6

Azərbaycan

2

0

0

2

1-9

0

Latviya

2

0

0

2

2-23

0

0