Mahmud Qurbanovun hüququ olsa, 23 futbolçudan kimi seçəcək?
28.10.2014 - 13:05
Mahmud Qurbanovun hüququ olsa, 23 futbolçudan kimi seçəcək?

FİFA “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, 23 futbolçunun yer aldığı siyahıda kimin qalib gələcəyi yanvarın 12-də müəyyənləşəcək.

 

Həmişəki kimi, bu dəfə də planetin ən güclüsü milli komandaların baş məşqçilərinin və kapitanlarının səsverməsindən sonra bəlli olacaq. Çox güman ki, ölkəmizi bu dəfə Berti Foqtsun istefasından sonra yığmaya müvəqqəti baş məşqçi təyin olunan Mahmud Qurbanov təmsil edəcək.

 

Qurbanov əməkdaşımızla söhbətində bildirib ki, əgər “Qızıl top” mükafatını müəyyənləşdirmək üçün keçirilən sorğuya qatılmaq səlahiyyəti olarsa, Kriştianu Ronaldoya üstünlük verəcək: “Düzdü, hələlik mənim bu sorğuda səs verəcəyim bəlli deyil. Əgər belə bir hüququm olacaqsa, portuqaliyalı Kriştianu Ronaldoya səs verəcəm”.

0