Suares dişlədi, azarkeş 500 avro qazandı
25.06.2014 - 05:59
Suares dişlədi, azarkeş 500 avro qazandı

 

Uruqvay millisinin hücumçusu Luis Suaresin İtaliya millisinin müdafiəçisi Corcio Kellini ilə münaqişəsinin “müsbət” tərəflərinin olduğu da üzə çıxıb. Apasport.az saytının məlumatına görə, azarkeşlərdən biri bunun sayəsində xeyli pul qazanıb.

 

Norveçli azarkeşlərdən biri Suaresin Braziliyada keçirilən dünya çempionatı zamanı kimisə dişləyəcəyinə pul qoyduğu məlum olub. Azarkeş cəmi 3 avro pul qoyub və proqnozunun düz çıxması sayəsində 500 avro qazanıb.

 

Xatırladaq ki, Suares oyun zamanı Kellinin çiynini dişləyib. Onun uzun müddətə diskvalifikasiya olunacağı gözlənilir.

 

 

0