Zinəddin Zidan ən yaxşı oldu - FOTO
19.05.2016 - 19:42
Zinəddin Zidan ən yaxşı oldu - FOTO

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan mükafatla təltif edilib. Apasport.az saytının məlumatına görə, fransız mütəxəssis La Liqada aprel ayının ən yaxşı baş məşqçisi seçilib.

 

Qeyd edək ki, Zidanın başçılığı ilə “kral klubu” biri “El Klasiko” olmaqla, aprel ayında keçirdiyi 6 oyunun hamısından qalib ayrılıb. Bu müddətdə komanda 18 qol vurub, öz qapısında isə 4 qol görüb. 

0