Yamal La Liqada dekabrın ən yaxşısı seçilib: ardıcıl ikinci dəfə
09.01.2026 - 23:14
İspaniya La Liqasında dekabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada “Barselona”nın vingeri Lamin Yamal layiq görülüb.
Turnirin rəsmi saytı bu barədə məlumat yayıb.
Ötən ay kataloniyalılar İspaniya çempionatında dörd oyunda qələbə qazanıblar. 18 yaşlı futbolçu bu görüşlərdə iki qol vurub.
Qeyd edək ki, Lamin Yamal ötən ay da bu mükafata layiq görülmüşdü.
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0