“Yunayted”in qolkiperi Türkiyə yolunda
07.09.2025 - 10:24
“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, “Trabzonspor” kamerunlu qolkiperin transferi ilə bağlı “qırmızı şeytanlar”la razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Onana yaxın günlərdə tibbi müayinədən keçmək üçün Trabzona yollanacaq.
Qeyd edək ki, “Mançester Yunayted” Onananı 2023-cü ildə “İnter”dən 50,2 milyon avroya transfer etmişdi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0