“Yunayted”in üzvü zədəsini sağaldıb
30.04.2025 - 19:55
“Yunayted”in üzvü zədəsini sağaldıb

İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted"in üzvü Amad Diallo zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Futbolçu bu gün komanda ilə birgə məşqlərdə iştirak edib.

Xatırladaq ki, vinger bu ilin fevral ayında məşq zamanı sıradan çıxmışdı.

Qeyd edək ki, 22 yaşlı oyunçu bu mövsüm "Yunayted"in heyətində çıxış etdiyi 36 rəsmi matçda 9 qol, 7 assistlə yadda qalıb.