“Yuventus”un futbolçusu Premyer Liqaya qayıdır
27.01.2026 - 22:46
İcarə əsasında "Nottingem Forest"də çıxış edən və müqavilə ilə "Yuventus"a məxsus olan Duqlas Luis Premyer Liqada klubunu dəyişəcək.
Apasport.az xəbər verir ki, "Aston Villa" braziliyalı yarımmüdafiəçinin keçidini yekunlaşdırmaq üzrədir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Artıq klublar arasında razılıq əldə olunub. 27 yaşlı futbolçu yaxın günlərdə Birmingem klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Yuventus" Duqlas Luisi 2024-cü ilin yayında "Aston Villa"dan 52 milyon avroya transfer edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0