"Yuventus"un müdafiəçisi zədələnib
29.04.2025 - 17:42
"Yuventus"un müdafiəçisi zədələnib

İtaliya A Seriyası təmsilçilərindən “Yuventus”un futbolçusu Loyd Kelli sıradan çıxıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi 2 həftə meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, “qoca sinyora” 26 yaşlı futbolçunu qış transfer pəncərəsində “Nyukasl Yunayted”dən icarəyə götürmüşdü.

Qeyd edək ki, ingiltərəli oyunçu bu mövsüm "Yuventus"un heyətində 13 matçda iştirak edib.