"Zirə"nin rəqibi avrokuboklardan kənarlaşdırıldı
30.06.2025 - 16:46
UEFA iki komandanı avrokuboklardan kənarlaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
UEFA Slovakiyanın "DAK 1904" və İrlandiyanın "Droeda Yunayted" klublarına qadağa tətbiq edib.
Onlar qurumun Klublara Maliyyə Nəzarəti Şöbəsi (CFCB) yoxlamasından keçə bilməyiblər.
Ötən mövsüm Konfrans Liqasında "Zirə"nin rəqibi olan "DAK 1904"ün sahibi Oskar Vilaqa Macarıstan təmsilçisi "Dyor"un da rəhbəridir.
"Droeda Yunayted" isə Danimarkanın "Silkeborq" klubu ilə eyni şəxsə məxsusdur.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0