“Zirə”nin rəqibi futbolçusu ilə yollarını ayırıb
21.06.2025 - 18:27
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"da ayrılıq gerçəkləşib.
Apasport.az xəbər verir ki, Split təmsilçisi Yosip Elezlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mərkəz müdafiəçisinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 31 iyul tarixində Xorvatiyada baş tutacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0