Yeniyetmə atletlər arasında ölkə birinciliyi keçirilib
06.06.2026 - 23:20
05-06 iyun tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən 2009-2010 cu il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Yarışda idmançılar 100m, 400m, 1500m məsafələrinə qaçış, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, nizə atma, 200m, 800m, 4x100m estafet (mix), lövhə atma və çəkic atma növlərində öz güclərini sınayıblar.
Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.
0
0